Britaniya alimləri hesab edirlər ki, koronavirusun növbəti ştammı əvvəlki versiyalardan daha təhlükəli ola bilər.
“Report”un məlumatına görə, bu barədə “The Guardian” yazır.
Edinburq Universitetinin epidemioloq professoru Mark Vulhaus bildirib ki, “omikron” ştamı COVID-19-un fərqli geneoloji qoludur və “delta” ilə birbaşa bağlı deyil. Bu vəziyyətlə əlaqədar olaraq, yeni ştamın haradan gələcəyi və sonda hansı xüsusiyyətlərə sahib olacağı da tam aydın deyil.
“Bu, daha çox və ya daha az patogen ola bilər. “Omikron”dan sonra daha çox ştam olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha ölümcül ola və ya daha ciddi mənfi təsir göstərə bilər", - mütəxəssis vurğulayıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.