Bakıda qonşuların davası bıçaqlanma ilə nəticələndi

07:53 - 14 Fevral 2022 - HADİSƏ

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Atçılıq sovxozu, Yeni sahə adlanan ərazidə qeydə alınıb.1995-ci il təvəllüdlü Babayev Şahəddin Mahir oğlu qonşusu ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xəbər xətti