Azərbaycanlılarla qaraçılar arasında KÜTLƏVİ DAVA - VİDEO

16:00 - 13 Fevral 2022 - HADİSƏ

Kemerovo vilayətində qaraçı diasporu, azərbaycanlılar və yerli sakinlər arasında böyük münaqişə baş verib, davanın təhrikçiləri axtarışa verilib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, ilk münaqişə şəhər tipli Tyajinski qəsəbəsində yerləşən “Elbrus” kafesində baş verib.
“Münaqişə Milli Qvardiyanın gözü qarşısında baş verib, nəticədə ibir neçə fər döyülüb. Sonradan azərbaycanlılar linç təşkil etməyə gediblər və sonra yoxa çıxıblar. Bir neçə gündən sonra ailəsi ilə maşında gedən ailəyə hücum ediblər.  Dəyənəklə maşına vuraraq zərərçəkənin ailəsini qorxuya salıblar”, - məlumatda vurğulanır.

Ancaq məsələ bununla da bitməyib, bir neçə saatdan sonra azərbaycanlılar izdiham halında qaraçıların yaşadığı yerə gəlib qışqıraraq onlardan kəndi tərk etmələrini tələb ediblər. Polisin çağırılması da kömək etməyib, daha sonra vilayət mərkəzindən polislər gəlib. Heç kim saxlanılmayıb.

Növbəti gün isə xuliqanlığa görə cinayət işi açılıb və davanın təşkilatçılığında təqsirkar hesab olunan Aslan, Namiq və Emil Bayramovlar axtarışa veriliblər. Onları 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Daha bir məlumata görə, davanın təşkilatçılığında təqsirkar bilinən azərbaycanlılar artıq saxlanılıb.

***

Yerli sakinlərin sosial şəbəkələrdə yazdığına görə, kafedə dava zamanı qaraçılar qadının çənəsini sındırıb, azərbaycanlı onun müdafiəsinə qalxanda kişilər arasında çəkişmə başlayıb. Eyni zamanda qeyd olunur ki, azərbaycanlılarla qaraçılar arasında münaqişə və davalar bir neçə gündür davam edib.

Xəbər xətti