Almatının mərkəzində Yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunan hakimiyyət tərəfindən razılaşdırılmamış mitinq başlayıb.
Ucnoqta.az xəbər verir ki, mitinq hazırda Respublika meydanında keçirilir.
“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçıları “Xalq terrorçu deyil” yazısı olan pankart qaldırıblar və müstəqillik abidəsinin üzərində Yanvar hadisələri zamanı həlak olanların siyahısını düzəldiblər. İnsanlar hazırda meydana gəlməyə davam edirlər.
Ərazi nəqliyyat vasitələrinin və vətəndaşların keçidi üçün açıqdır. Polis əməkdaşları başlayan mitinqi izləyir, lakin onun keçirilməsinə mane olmurlar.