İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

22:53 - 12 Fevral 2022 - DÜNYA

İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, XİN mətbuat xidmətinin yaydığı məlumata görə, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.
“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Xarici İşlər Nazirliyi Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırır”, - deyə məlumatda bildirilir.

Xəbər xətti