Türkiyə XİN Ukraynadakı vətəndaşlarına müraciət etdi

20:12 - 12 Fevral 2022 - DÜNYA

Ukraynadakı təhlükəsizlik vəziyyəti ölkəmiz tərəfindən diqqətlə izlənilir. Bu kontekstdə vətəndaşlarımıza məcbur olmadıqca Ukraynanın şərq sərhəd bölgələrinə səfərlərdən çəkinmələri tövsiyə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Həmçinin vətəndaşlarımıza məcburi səyahət etməzdən əvvəl şəxsi təhlükəsizlikləri üçün bütün mümkün tədbirləri görmələri və Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə olunur", - məlumatda bildirilir.

Xəbər xətti