“Bayden Rusiya prezidenti ilə telefonla danışmaq istəyir” - Ag Ev

00:35 - 12 Fevral 2022 - DÜNYA

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmaq istəyir. Lakin hazırda konkret tarix söyləmək mümkün deyil.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında deyib.

“Gözləyirik ki, Prezident Bayden Putinlə telefonla danışacaq. Lakin sizə bu dəqiqə heç nə deyə bilməyəcəm”, - deyə Sallivan qeyd edib.

Xəbər xətti