Neftin qiyməti 95 dolları keçib
23:32 - 11 Fevral 2022 - İQTİSADİYYAT
London birjasında Brent markalı neftin qiyməti 95,06 dollara çatıb.
APA-nın xəbərinə görə, bu, 2014-cü ilin oktyabrından sonra qeydə alınmış ən yüksək qiymətdir. Gün ərzində Brent markalı neft 3%-dək bahalaşıb.