Bayden Ukraynadakı vəziyyətlə bağlı müşavirə keçirdi

21:04 - 11 Fevral 2022 - DÜNYA

ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik müşavirləri ilə birgə Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə bağlı müşavirə keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb. Bildirilib ki, ABŞ administrasiyanın nümayəndələri Ukrayna ətrafındakı hazırki vəziyyətin kritik nöqtəyə gələcəyindən ehtiyat edir.

Bundan əlavə, Vaşinqton həmçinin Moskvanın ritorikanı sərtləşdirməsi, Qara dənizə Rusiya gəmilərinin daxil olması və Belarusa hərbi texnikaların yerləşdirilməsindən narahatdır.

Xəbər xətti