ABŞ-ın döyüş təyyarələri Polşaya çatıb

00:45 - 11 Fevral 2022 - DÜNYA

İngiltərədəki Leykenhit bazasından havaya qalxan ABŞ “F-15”ləri NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32-ci Taktiki Hava Bazasına çatıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak açıqlama verib. "Bu gün ABŞ “F-15” döyüş təyyarələri NATO Hava Polisi missiyasının bir hissəsi olaraq şərq cinahını dəstəkləyəcək Lask aviabazasına gəldi. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq", - Blaşçak bildirib. NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələrinin Estoniya, Litva və Latviyanın olduğu 58-ci hava məkanı patruluna dəstək verəcəyi bildirilib. Baltik hava polis qüvvələrinə dəstək verəcək “F15”lər uçuş planlarını və yerlərini bildirməyən Rusiya təyyarələrini aşkar etməyə kömək edəcəyi qeyd edilib.

Xəbər xətti