Ərdoğan koronavirusdan sağaldı

20:15 - 10 Fevral 2022 - DÜNYA

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.

Bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.

O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: “Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq”.
Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.

Xəbər xətti