“Azərbaycanda 4-cü dozanın vurulması Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilməyib”.
Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, dünyada bir neçə ölkə 4-cü dozanın vurulmasına qərar verib: “Azərbaycanda belə bir qərar yoxdur. 3-cü doza özü könüllüdür, məcburi deyil. 4 və 5-ci dozanın vurulmasının elmi təsdiqi yoxdur. Vəziyyət daim izlənilir. Səhiyyə Nazirliyinin yanında Tibbi-elmi şuranın həftəlik iclasları olunur və qabaqcıl dünya təcrübəsi təhlil olunur”.