Səhiyyə sistemində vahid Çağrı Mərkəzi yaradılacaq

11:44 - 10 Fevral 2022 - Cəmiyyət

"Səhiyyə sistemində vahid Çağrı Mərkəzi yaradılacaq".

Bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, hər kəs bu çağrı mərkəzinə sorğu ünvanlaya biləcək:

"Nazirliyin yeni saytından da müraciətlər qəbul olunacaq və dərhal təhlil olunaraq cavablandırılacaq. Kağız daşıyıcılar üzərində də müraciətlər qəbul olunacaq və operativ cavablandırılacaq”.

Nazir rəqəmsallaşdırma ilə bağlı yenilikləri də açıqlayıb.

“Rəqəmsallaşdırma, yeni dövrün çağırışıdır. 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır. Yaxın zamanda strategiya hazırlanıb təqdim olunacaq. Beləliklə səhiyyə sistemində iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmaya başlanılacaq. Burada əsas məqsədlər məmnunluğu təmin etmək tibbi xidmətlərin yaxşılaşdırılmasında vətəndaşların birbaşa cəlb olunması nəzərdə tutulur. Müasir standartlara uyğun tibbi statistik bazasının formalaşdırılması, iqtisadi şəffaflığı artırılması, azad olunmuş ərazilər də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin artırılması, tibb işçilərinə rəqəmsal bacarıqların artırılması və beynəlxalq reytinqdə ölkəmizin irəli getməsidir. Strategiya çərçivədə böyük layihələr həyata keçiriləcək".///apa

Xəbər xətti