ABŞ Ukraynaya daha 80 ton sursat göndərib

00:11 - 10 Fevral 2022 - DÜNYA

ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov məlumat verib.

Bu gün Borispol aeroportunda açıq qapı günüdür. 9-cu quşun ardınca ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi deyə nazir Tvitterdə yazıb.

Qeyd edək ki, bu il ABŞ Ukraynaya 650 ton silah verib.

Xəbər xətti