Peyvənd olunanların sayı açıqlanıb - FOTO

15:45 - 9 Fevral 2022 - Xəbər

Azərbaycanda son sutkada 44 505 nəfər vaksinasiya olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 165-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 902-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 306 245, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 756 764 nəfər təşkil edir.

Ümumilikdə isə 2 294 008 buster doza vurulub.


Xəbər xətti