Vilayət Eyvazov baş leytenanta yeni vəzifə verdi

19:24 - 8 Fevral 2022 - Xəbər

Şəmkir rayon Polis Şöbəsində yeni təyinat olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Onun əmri ilə, polis baş leytenantı Salmanzadə İsmayıl Cümşüd oğlu Şəmkir rayon Polis Şöbəsinin Post-patrul bölüyünə komandir müavini vəzifəsinə təyin olunub.

O, daha öncə Şəmkir rayon PŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Xəbər xətti