Azərbaycan təhsil üzrə qlobal reytinqdə 65-cidir

15:38 - 8 Fevral 2022 - Cəmiyyət

Azərbaycan 2021-ci ildə təhsil üzrə qlobal reytinqdə 78 ölkə arasında 65-ci yerdə qərarlaşıb.

Bu barədə "U.S. News & World Report" hesabatında deyilir. Reytinqdə iştirak edən MDB ölkələri arasında Azərbaycan yalnız Qazaxıstanı (71-ci yer) və Özbəkistanı (72-ci yer) ötüb. Azərbaycandan daha yaxşı mövqelərdə Rusiya (23-cü yer), Ukrayna (40-cı yer) və Belarus (52-ci yer) qərarlaşıb.

Reytinqin liderləri ABŞ (1-ci yer), Böyük Britaniya (2-ci yer) və Almaniyadır (3-cü yer). Ən zəif mövqe isə Qvatemaladadır (78-ci yer).///apa

Xəbər xətti