Gəncənin icra başçısı təltif olundu - Foto

15:04 - 8 Fevral 2022 - Xəbər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Gömrük Komitəsinin 30 illik yubiley medalı ilə təltif olunub.

Bu barədə Gəncə İH-dən bildirilib. Məlumata görə, ona Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı verilib.

Medal DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib. Niyazi Bayramov Azərbaycan gömrüyünün yaranmasının 30 illik yubileyi münasibətilə bu sahədə çalışanların peşə bayramını təbrik edib və işlərində uğurlar arzulayıb.

Xəbər xətti