Məktəbdə şagirdi elektrik cərayanı vurub öldürdü

14:39 - 8 Fevral 2022 - HADİSƏ

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb. İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti