Yevlaxda üç yaşlı uşaq faciəvi şəkildə öldü

14:23 - 8 Fevral 2022 - HADİSƏ

Yevlax rayonunda 3 yaşlı oğlan faciəvi şəkildə ölüb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə ötən gün saat 10 radələrində Aran qəsəbəsində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Rahib Rövşən oğlu Cəfərquliyevin üstünə yaşadığı evdə paltar dolabı aşıb. Xəstəxanaya yerləşdirilən 3 yaşlı oğlan orada ölüb.

Rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti