Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində “Mercedes” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.