Tovuzda ağır qəza: ölən var

10:14 - 8 Fevral 2022 - HADİSƏ

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində “Mercedes” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Xəbər xətti