Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib

00:04 - 8 Fevral 2022 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir. Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 235 694 yoluxma halı və 10 826 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 394 381 395 nəfər yoluxub. Onlardan 5 735 179 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti