Bakıda üçotaqlı ev yandı

20:58 - 7 Fevral 2022 - HADİSƏ

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Ucnoqta.az FHN-ə istinadla xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti