Qəbələdə yaşlı kişini avtomobil vuraraq öldürdü

14:40 - 7 Fevral 2022 - HADİSƏ

Qəbələ rayonunda piyadanın avtomobil vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Soltannuxa kəndi ərazisində baş verib.

Belə ki, Ağdaş rayon sakini, 1998-ci il təvəllüdlü Yusif Yusifli idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Soltannuxa kənd sakini 1938-ci il təvəllüdlü İsmayıl Soltanovu vurub. 83 yaşlı İ. Soltanov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti