Sexdən oğurluq edən şəxslər saxlanıldı

14:14 - 7 Fevral 2022 - HADİSƏ

Xaçmaz rayonunda qapı-pəncərə sexindən oğurluq edilib.

Bu barədə Ucnoqta.az-a DİN-dən bildirilib. Məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il iyulun 7-də rayon ərazisindəki qapı-pəncərə sexlərinin birindən 4000 manat, oradakı seyfdən 10.000 manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Qobuqıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılıblar.

Xəbər xətti