Həkim: "Əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb, üçüncü doza ..."

19:15 - 6 Fevral 2022 - Cəmiyyət

“Omikron Azərbaycan vətəndaşlarını necə lazımdır vaksinasiya edib”. 

Ucnoqta.az xəbər verir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov bildirib. O, qedy edib ki, koronovirus mutasiya nəticəsində ağciyər toxumasina daxil olmağa kömək edən reseptoru itirib:

“Ona görə də əksər xəstələrdə sadecə yuxarı tənəffüs yollarının zədələnməsi baş verir. Düşünürəm ki, artıq əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb. Bir sıra Avropa dövlətlərində olduğu kimi bizdə də bütün məhdudiyyətlər aradan götürülməli, üçüncü doza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir”.

Xəbər xətti