Yüksək vəzifə verilən polkovnik mərhum generalın xalası oğludur - FOTO

12:03 - 6 Fevral 2022 - Xəbər

Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Manset.az-ın əldə etdiyi məlumata görə, Nəriman İmanov təcrübəli polis zabitlərindən biridir. O Nərimanov, Masallı, Sumqayıt Şəhər Polis İdarələrinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum polis generalı Rasim Musayevin xalası oğludur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.


Xəbər xətti