Koronavirusa yoluxan Ərdoğanın səhhəti ilə bağlı açıqlama

19:17 - 5 Fevral 2022 - DÜNYA

Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.///report

 

Xəbər xətti