Ərdoğan koronavirusa yoluxub

16:28 - 5 Fevral 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə məlumat verib.

“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.

Xəbər xətti