Bakıda öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov həbs olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, T.Allahyarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.///report