Türkiyə ordusu Suriyada 14 terrorçu zərərsizləşdirib

15:10 - 5 Fevral 2022 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında növbəti antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, türk hərbçilərin olduğu bölgəyə sızmağa çalışan PKK terrorçularının qarşısı alınıb. Endirilən zərbələr nəticəsində 14 terrorçu zərərsizləşdirilib.

Bölgədə Türkiyə ordusunun antiterror əməliyyatları davam etdirilir.

Xəbər xətti