Rəsmi İrəvan Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan sosial şəbəkədə yazıb.
“Baş nazir Nikol Paşinyanın martda Türkiyəyə səfəri və onun Antalya Diplomatik Forumunda iştirakı müzakirə olunmur”, - o qeyd edib.
Daha əvvəl Türkiyə vitse-prezidenti Fuat Oktay Paşinyanın martda Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcəyini açılayıb.