Brent nefti bahalaşıb
07:34 - 4 Fevral 2022 - İQTİSADİYYAT
Brent markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə olaraq bir barel üçün 91 dolları ötüb.
Trend xəbər verir ki, bu Londonun ICE birjasının göstəricilərində əks olunub.
Belə ki, bu markalı xam neftin 2022-ci ilin aprel ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti 1,82% artaraq 91,1 dollar/barel təşkil edib.
Eyni zamanda, WTI markalı xam neftin mart fyuçersləri 2,01% artaraq bir barel üçün 90,03 dollar təşkil edib.
WTI qiyməti bir barel üçün 90 dollar göstəricisini sonuncu dəfə 2014-cü il oktyabrın 7-də ötüb.