Rusiyada koronavirusa yoluxma hallarının artması səbəbindən əlavə məhdudiyyətlər tətbiq edilməyəcək.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dünən gecə saatlarına, təxminən 02:00-a qədər bu məsələni baş nazirlə müzakirə etdik. Hökumətin əlavə məhdudiyyətlər tətbiq etmək planı yoxdur”, - deyə dövlət başçısı bildirib.
Putin onu da əlavə edib ki, COVİD-19 xəstələri ilə təmasda olan şəxslərə karantin məhdudiyyətləri yaxın zamanda ləğv edilə bilər.