"İlyas Çakırbəyli"dən Şuşa haqqında möhtəşəm sözlər - VİDEO

22:15 - 3 Fevral 2022 - Xəbər

Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas obrazı ilə məhşurlaşan aktyor Ozan Akbaba Bakıya gəlib.

Ucnoqta.az APA TV-yə istinadən xəbər verir ki, Ozan Akbaba “Anka” filminin qala gecəsində Şuşa haqqında təəssuratlarını bölüşüb. O bildirib ki, Şuşa çox əsrarəngsiz şəhərdir. Azərbaycanın qazandığı qələbədən bütün türk milləti qürur duyur - deyə aktyor bildirib.

”Şuşaya getdik, Qarabağ çox gözəldir. Uzun zamandır ki, işğal altında olan torpaqları Azərbaycan ordusu qaytardı, biz isə buna görə qürur hissi keçiririk. İnşallah ilk fürsətdə o torpaqlara getmək, her kəsə nəsib olsun. Ümid edirəm hər kəs filmimizi sevəcək”.

Qeyd edək ki, Ozan Akbaba bir müddət öncə Şuşa şəhərinə səfər edib.

Xəbər xətti