Türkiyədə son sutkada koronavirusdan 233 nəfər ölüb

21:34 - 3 Fevral 2022 - DÜNYA

Türkiyədə son sutkada koronavirusdan 233 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşım edib.

Nazirin koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 455 min 463 nəfərin test edildiyi, 107 min 530 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 88 min 14 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.///apa

Xəbər xətti