Bakıda daha bir məktəb distant təhsilə keçib
Ucnoqta.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə sabahdan distant təhsilə keçir.
Dərslər fevralın 4-dən 7 gün müddətində onlayın formada keçiriləcək.