Dəmir yolunu açmağa yaxınıq - Paşinyan

13:57 - 3 Fevral 2022 - Xəbər

Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dəmir yolunun tikintisinə və bərpasına başlamağa çox yaxındır. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Bildiyiniz kimi, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov İrəvana işgüzar səfərə gəliblər. Onlar baş nazirin müavini Mher Qriqoryanla görüşüblər. Mən vurğulamaq istəyirəm ki, biz kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun ilk praktiki nəticəsini qeydə almağa çox yaxınıq. Dünənki iclas Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”.

Paşinyanın sözlərinə görə, “dəmir yolunun keçəcəyi ölkənin yurisdiksiyasında olması ilə bağlı razılaşma var”. "Biz artıq texniki və dizayn məsələlərini, eləcə də tikinti və maliyyə məsələlərini müzakirə edirik. Təbii ki, haqdisələri qabaqlamağa ehtiyac duymuruq, lakin bu sürəti qoruyub saxlasaq, əminliklə deyə bilərik ki, yaxın gələcəkdə bu fürsəti reallaşdıra bilərik”, - deyə o əlavə edib.

Ermənistan və Azərbaycanı birləşdirən Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev tərəfindən təsdiqlənib. Paşinyanın sözlərinə görə, bu barədə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu regional kommunikasiyaların açılması üçün razılıq əldə edib.

Daha sonra Qriqoryan TASS müxbirinə bildirib ki, respublika hökuməti bu yolun ölkə ərazisindən keçən ümumilikdə 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır və bunun üçün 200 milyon dollar ayıracaq. 

Xəbər xətti