Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın "Şərəf" ordeni ilə təltif olunub.
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında iki ölkə arasında əməkdaşlığa verdiyi töhfəyə görə nazirə “Şərəf” ordeni təqdim edilib. Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ordeni Macarıstan Prezidentinin adından təqdim edib.///apa