Türkiyədə yoluxma antirekordu yeniləndi

22:53 - 2 Fevral 2022 - DÜNYA

Türkiyədə yoluxma sayında ardıcıl ikinci gündür yeni antirekord qeydə alınır.

Son 24 saatda 110 682 nəfərin COVID testi müsbət çıxıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, son sutka ərzində 217 nəfər koronavirusun qurbanı olub.

Həmçinin, gün ərzində 86 671 nəfər ölümcül virusdan sağalıb.

Xəbər xətti