İcra başçısına yeni müavin təyin edilib

20:37 - 2 Fevral 2022 - Xəbər

Cəlilabad Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

İcra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şükürov Nazim Səyyadxan oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.

Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.///report

Xəbər xətti