Robert Eyyubova vəzifə verildi - FOTO

19:46 - 2 Fevral 2022 - Xəbər

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) daha bir vitse-prezidentinin adına aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Robert Eyyubovdur.

R.Eyyubov ötən ilin dekabrın 8-də, İcraiyyə Komitəsinin növbədənkənar iclasında federasiyanın vitse-prezidenti seçilib.

Məlumatı AzVİF-in mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, AzVİF-in 3 vitse-prezidenti var.

Birinci vitse-prezident iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ikinci isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevdir.

 


Xəbər xətti