ANAMA vətəndaşlara müraciət etdi

18:35 - 2 Fevral 2022 - Cəmiyyət

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

"Vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırırıq. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur".

Qeyd edək ki, fevralın 1-i saat 22 radələrində Yevlax rayon ərazisində 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.

Partlayan əşyanın Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atılan kaset tipli sursat olduğu müəyyən edilib.

 

Xəbər xətti