COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir - ÜST

01:09 - 2 Fevral 2022 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVID-19-u qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək hələ tezdir. Onlar ehtiyatlı olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə ekspertlər brifinq zamanı bildiriblər. ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır: "Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil.". Öz növbəsində, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri COVID-19 ilə mübarizədə öz yollarını tutmağa və "məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa" çağırıb.

Xəbər xətti