Gürcüstanda COVID-19 pasportları ləğv olundu

14:15 - 1 Fevral 2022 - DÜNYA

Gürcüstanda COVID-19 pasportları ləğv olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Giorgi Gibradze məlumat verib. Gibradze qeyd edib ki, “yaşıl pasportlar” sistemi koronavirusa yoluxma hallarının sayının artması fonunda səmərəsizdir.

Onun sözlərinə görə, xaricə getmək üçün bu sənəddən ehtiyacı olan vətəndaşlar yenə də istifadə edə biləcəklər.

Qeyd edək ki, burada korona pasportları dekabrın 1-dən tətbiq olunurdu.

Xəbər xətti