Gözəl qızlar hər yerdə, hər ölkədə, hər şəhərdə və hər qitədə var, amma elə olur ki, bəzi yerlərdə daha çox gözəllər var (yaxud daha yaxşı, qıvraq görünürlər). Buna görə də sizə ən gözəl qadınların olduğu 10 ölkəni təqdim edirik.
Ucnoqta.az xəbər verir ki, əslində bu yarı rəsmi reytinqdə olan ölkələrin bir çoxunu əvvəlcədən təxmin edə bilərsiniz, lakin bəziləri sizin üçün sürpriz ola bilər.
Xaricdə tətil etməyi planlaşdıran kişilər üçün bu məqalə yaxşı bələdçi ola bilər: getmək üçün yer seçmək daha asandır. Beləliklə, bilmək istəyirsiniz ki, dünyanın ən gözəl qızları hansı ölkədədir?
10. İspaniya
İspaniya Pablo Pikassonun doğulduğu yerdir, öküz döyüşü, yaxşı şərab, canlı festivallar (məsələn, Romería de Nuesra Senora de le Cabeza festivalı 800 ildir davam edir).
İspan qadınlar qeyri-adi bir görünüşə sahib olmaqla yanaşı, ən temperamentli qadınlardan hesab olunurlar.
Bu gözəl ölkə dünyaya Paz Vega, Penelope Cruz, Maria Valverde və bir çox başqa gözəlliklər bəxş edib.
9. İsveс
Bəzi tarixi məlumatlara görə, İngiltərəyə basqınlar zamanı (bu, o qədər də nadir deyildi) vikinqlər qızıl, silah, zinət əşyaları və digər qənimətlərdən əlavə, yerli qadınları özləri ilə aparmağı xoşlayırdılar. Bunu həm subay kişilər, həm də evdə arvad gözləyənlər edirdi.
İngilislər üçün bu faciə idi, lakin vikinqlər üçün uzunmüddətli perspektivdə gözlənilməz nəticələr verdi: İsveç qızları hər sonrakı nəsillə daha da gözəlləşdilər. Təbii sarışın saçlar, əla bədən quruluşu, bədənin çox göşəl uyğunluğu.
Belə gözəllikləri xəyal edərək, həyat yoldaşınız evdə gözləmirsə, əlbəttə ki, köçmək barədə ciddi düşünə bilərsiniz. Baxmayaraq ki, "İsveç ailəsi" ifadəsi sıfırdan yaranmayıb, buna görə də hər şey mümkündür.
Yeri gəlmişkən, isveçli qadınları təsəvvür etmək üçün Alicia Vikander, Noomi Rapace və ya Rebekka Fergusonun fotolarına baxa bilərsiniz. Onların hamısı bu ölkədə anadan olublar və ötən əsrin divaları Qreta Qarbo və İnqrid Berqman kimi ünnülərdə bu ölkənin gözəlləridir.
8. Filippin
Filippinli qadınlar ispan qadınları qədər temperamentli olmasalar da, zərif və incəlikləri ilə seçilirlər. Sakit okeanda 8000-ə yaxın adadan ibarət bu dövlətin sakinləri ən çox asiyalı qızların gözəlliyini sevənlərin xoşuna gəlirlər. Onlar olduqca oxşardırlar, lakin Filippinlilər daha tünd dəriyə malikdirlər, bu da onların üzlərinə unikal gözəllik verir.
Təəccüblü deyil ki, bu ölkə dünya gözəllik müsabiqələrində ən titullu ölkələrdən biridir: yerli qızlar müntəzəm olaraq beynəlxalq gözəllik müsabiqələrində mükafatlar qazanırlar.
Jennilin Merkado, Angela Loksin, Marian Rivera - ada ilahələrinin siyahısını çox uzun müddət davam etdirmək olar.
7. Ukrayna
Ukraynalı qızlar təkcə gözəl deyil, həm də ağıllı hesab olunurlar. Avropalı kişilər onlara getdikcə daha çox həyat yoldaşı gözü ilə baxmağa başlayıb, yəni ukraynalı qızlarla evlənmək istəyənlərin sayı sürətlə artır. Məşhur inancın əksinə olaraq, məsələ onların əlçatan olmasında deyil, onların Avropa dəyərlərindən çox uzaq olması və fərqli bir cəmiyyətdə tərbiyə olunmasıdır.
Ukraynada 27 yaşında subay qız demək olar ki, qoca qadın sayılır. Amerika və ya Avropada isə bu yaşda onlar təhsil aldıqdan sonra yenicə karyera qurmağa başlayırlar. 35 yaşından etibarən ailə və uşaqları düşünməyə başlayırlar və bir çox kişilər bu qədər gözləmək istəmirlər.
Bundan əlavə, ukraynalı qadınlar avropalı qadınlar qədər feminist cərəyanlar uğrunda yarışda iştirak etmirlər, bu da vacib bir fərqlilikdir.
Bundan əlavə, ukraynalı qadınlar evdar qadınlardı. Onlar yemək bişirməyi, evə qulluq etməyi və uşaqları dayəyə vermədən böyütməyi bilirlər.
6. Argentina
Tanqo, gözəl futbol və cazibədar qadınlar ölkəsi, burada demək olar ki, hər kəs rəqs etməyi bilir və çoxları da yaxşı futbol oynayır. Argentinalı qızlar, əsasən ispanların və Cənubi Amerikanın yerli əhalisinin nəslindən olmalarına görə heyrətamiz dərəcədə gözəldirlər. Valentina Zenere, Selina Fort, Mariana Esposito - Argentinada belə gözəllər çoxdur.
5. Danimarka
Danimarka heyrətamiz bir ölkədir. Buölkədə 443 ada var ki,, onlardan yalnız 76-da məskunlaşıb. Avropada eynicinsli nikahlara ilk icazə verən danimarkalılar olub və burada kişilər orta hesabla 32 yaşında evlənirlər. Bu da Avropada ən yüksə göstəricidir.
Buna yerli gözəllikləri də əlavə edin və Kembric Universitetinin tədqiqatçılarının niyə danimarkalıları dünyanın ən xoşbəxt xalqı adlandırdıqları aydın olar. Doğrudan da, ölkənizdə Leqo icad ediləndə niyə sevinməyəsiniz, velosipedlər avtomobillərdən iki dəfə çoxdur və qeyri-adi gözəlliyə malik qızlar küçələrdə gəzirlər.
Bunun bariz nümunələri “Şeytanın vəkili”ndən Connie Nielsen, Skarlett Johansson (atası animarkalıdır), Emili Ullerup (“Fövqəltəbi”).
Danimarka heyrətamiz bir ölkədir. 443 ada var, onlardan yalnız 76-da
4. Braziliya
Braziliyalı qadınların gözəllik sirri, özlərini lazımsız əxlaq normaları ilə məhdudlaşdırmadan, doya-doya yaşamalarındadır. Bizdə adətən plastik cərrahiyyə o qədər də xoş qarşılanmır, Braziliyada isə bu, normadır. Yerli qızlara uşaqlıqdan özlərini və bədənlərini sevməyi öyrədirlər, eyni zamanda onların özlərində nəyisə dəyişmək istəyinə mane olunmur, əksinə buna həvəsləndirilirlər.
Adi qadınlar üçün pəhrizlər fantaziyadan başqa bir şey deyil, çünki döşlər və ombalar nə qədər böyükdürsə, bir o qədər yaxşıdır (təbii ki, müəyyən hədd daxilində). Onlar diqqəti özlərinə çəkməyi xoşlayırlar. Gözə çarpan bədən formalarını parlaq makiyaj və rəngli paltarlarla tamamlamağı xoşlayırlar. Kişilərin onlara şəhvətlə baxmasından xoşlanır, xüsusən də braziliyalı qadınlar seksi sevir və bunu gizlətmirlər.
3. Niderland
Niderlant (Hollandiya) ən xoşbəxt sakinlər baxımından Danimarka ilə rəqabət apara bilər, çünki ölkə həqiqətən heyrətamizdir. Burada siz 16 yaşından spirtli içki içə bilərsiniz (Hollandiyalılar ildə adambaşına təxminən 74 litr pivə içir), qanuni olaraq marixuana alıb çəkə bilərsiniz (16 yaşından olmasa da) və burada inanılmaz dərəcədə gözəl qızlar var.
Niderlantda pasportda möhür olmadan vətəndaş nikahında yaşamaq da norma hesab olunur və fahişəlik tamamilə qanunidir: "gecə kəpənəkləri" vergi ödəyirlər və digər peşələrin nümayəndələri ilə bərabər işləyirlər.
Buradakı qızlar incə və kifayət qədər hündürdür: kişinin orta boyu 184 sm, qadınların isə 170 sm-dir. Boyu 160 sm-dən aşağı qızlar burada olduqca nadirdir.
2. Rusiya
Rusiya, təəssüf ki, çox güclü istək olsa belə, gözəl qızların çoxluğuna baxmayaraq (çoxları normal kişilərin olmamasından şikayətlənir) xoşbəxt əhalisi olan ölkə adlandırıla bilməz.
Ukraynalı qadınlar kimi, rus qızları da yaxşı yeməklər bişirirlər və evdə rahatlıq yaratmağı bacarırlar, çünki mentalitetləri çox oxşardır.
1. İtaliya
İtalyan qızlarının gözəllik sirri minimum miqdarda kosmetika və çox sevdikləri eyni miqdarda şərabdadır. Bəlkə də İtaliyada çox məşhur olan bu içki onların gözlərinə yorğun görünüş verir və yaşla daha da gözəlləşirlər.
Yerli qızlar bəlkə də ən enerjili olurlar: onlar həmişə nə iləsə məşğul olurlar, adətən sevgililəri ilə. Bir əcnəbiyə belə görünə bilər ki, onlar özlərinə qəbuledilməz miqdarda vaxt və pul xərcləyirlər, lakin bu, onları tamamilə qane edir.
Unutmayın ki, İtaliya modanın dünya paytaxtıdır, buna görə də yerli gözəllər başqalardan qüsurları gizlətmək üçün düzgün geyinməyi bilirlər.