Kanadanın Baş naziri koronavirusa yoluxub
00:48 - 1 Fevral 2022 - DÜNYA
Kanadanın Baş naziri Kastin Trüdo koronavirusa yoluxub.
APA-nın məlumatına görə, baş nazir bu barədə “Twitter” səhifəsində bildirib.O, özünü yaxşı hiss etdiyini və məsafədən işləyəcəyini qeyd edib: “Özümü yaxşı hiss edirəm və müvafiq qaydalara riayət etməklə bu həftə məsafədən işləməyə davam edəcəyəm”.
Eyni zamanda, Trüdo hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, bir müddət əvvəl Trüdo COVID-19- yoluxmuş şəxslə təmasda olduqdan sonra beşgünlük karantinə çıxmışdı.