Kanadanın müdafiə naziri Ukraynaya səfər edib

16:11 - 30 Yanvar 2022 - DÜNYA

Kanadanın milli müdafiə naziri Anita Anand Ukraynaya rəsmi səfər edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İkigünlük səfər çərçivəsində nazir Ukraynanın dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərdə məqsəd son günlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparmaqdır.

Xəbər xətti