İsrail prezidenti ilk dəfə BƏƏ-yə səfər edib

13:45 - 30 Yanvar 2022 - DÜNYA

İsrail Prezidenti İsaak Herzoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərini edib.

APA bildirir ki, bu barədə İsrail Prezidentinin administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident BƏƏ-nin prezidenti şeyx Xəlifə ben Əl Nahayan dəvəti ilə səfər edib.

Prezidentin Abu-Dabi və Dubaya səfər edəcəyi, Abu-Dabinin Vəliəhdi, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri ilə rəsmi görüşlər keçirəcəyi də qeyd olunub.

İsaak Herzoq getməzdən əvvəl qeyd edib ki, onun yanvarın 31-dək davam edəcək səfəri 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-ın fəal vasitəçiliyi ilə İsrail tərəfinin BƏƏ və Bəhreyn münasibətlərinin normallaşmasına dair sənədlər imzalaması sayəsində mümkün olub.

Prezident bildirib ki, özü ilə bütün regiona sülh mesajı daşıyır:

“Sülh region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi və yüksəliş gətirir”.

Xəbər xətti